“Prof-Dam” MMC və “Metkons” MMC Ağdam Sənaye Parkının rezidentləri olub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Ağdam Sənaye Parkında rezidentlərin sayı 7-yə çatıb”, - Cabbarov Facebook səhifəsində yazıb.
“Prof-Dam” MMC 2 hektar ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının istehsalı ilə məşğul olacaq.
"İnvestisiya dəyəri 9 milyon manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək",- nazir qeyd edib. **
X.Nəsirzadə