Azərbaycanda iki yeni təsisat - Geodeziya və Kartoqrafiya Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi yaradılır.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin çərşənbə günü imzaladığı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında fərmanda öz əksini tapıb.
Dövlət başçısının saytında dərc olunan sənədə əsasən, “Geodeziya və Kartoqrafiya” MMC Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək, Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında Geoloji Kəşfiyyat Agentliyi yaradılacaq.
Hər iki təsisata publik hüquqi şəxs statusu verilir. Agentliklər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. **
R.Kərimov