Yaxın vaxtlarda Ağdam Sənaye Parkında rezidentlərin istifadəsi üçün infrastruktur sisteminin qurulması işlərinə başlanılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, Ağdam Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.
2021-ci il mayın 28-də Prezident İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkının ərazisi 190 hektardır, 7 təsərrüfat subyektinə rezidentlik statusu verilib. Rezidentlər tərəfindən ümumi investisiya qoyuluşu 45 milyon manatdan artıq məbləğdə qiymətləndirilir.
Ağdam Sənaye Parkında orta və uzunmüddətli dövrdə müəssisələrin yaradılmasına 100 milyon manat məbləğində investisiya qoyuluşu nəzərdə tutulur.*
E.Şəfiyev