Aprelin 29-dan etibarən Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Xarici İşlər Nazirliyindən məlumat verilib.
“29 aprel tarixindən etibarən Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib. Səfirliyin konsulluq şöbəsi 30 aprel tarixindən başlayaraq hər gün işləyəcək”, - XİN-in məlumatında qeyd olunur.
Xəbər verildiyi kimi, Azərbaycanın Ukraynadakı səfirliyi müvəqqəti olaraq Lvov şəhərinə köçürülmüşdü. **
R.Əhmədov