Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, sərhədin delimitasiyası üzrə birgə Azərbayan-Ermənistan komissiyası çərçivəsində tez zamanda iclasın keçirilməsinə ümid edir.
“Bir ildən artıqdır deyirəm ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Onlar (Ermənistan tərəfi - İF) yalnız bu yaxınlarda bəyan ediblər ki, razıdırlar. Sərhədin delimitasiyası ilə əlaqədar da eyni. Tezliklə komissiya çərçivəsində görüşün keçiriləcəyini gözləyirik”, - Əliyev cümə günü “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. “Biz hazırda Ermənistan tərəfindən sülh gündliyi ilə əlaqədar addımlar görürük. (...) Ermənistan və onun siyasi elitası regiondakı yeni reallıqları qəbul etməlidir və revanşizmdən əl çəkməlidir. Bundan başqa, regionda uzunmüddətli və davamlı sülhün təminatı üçün addımlar atmaq lazımdır”, - prezident əlavə edib. **
R.Əhmədov