Azərbaycan və Rusiya məsələlərin geniş spektri üzrə əməkdaşlıq edir, 2022-ci ilin fevral ayında imzalanmış müttəfiqlik haqqında bəyannamə Bakının maraqlarına tam uyğundur. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Azərbaycan və Rusiya arasında müttəfiqlik haqqında bəyannamə bizim starteji maraqlarımızı əks etdirir, çünki Rusiya qonşumuz, tərəfdaşımızdır, İkinci Qarabağ müharibəsində fəal iştirak edib, sülhməramlıları hazırda Qarabağdadır. Artıq uzun illərdir Rusiya ilə əməkdaşlıq etdiyimiz digər məsələlər də var – iqtisadi, enerji, nəqliyyat, mədəni və humanitar və s.”, - Əliyev cümə günü “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə bildirib.
Əliyev əlavə edib ki, həmçinin, Bakı hərbi sahədə Rusiya ilə əməkdaşlıq edir, xüsusilə bazar qiymətləri ilə silah və hərbi təyinatlı avadanlıq alır. “Bundan başqa, biz Rusiyadan çoxsaylı hərbi avadanlıq alırıq, əlbəttə ki, bazar qiymətləri ilə, Ermənistandan fərqli olaraq, onlar bu silahları pulsuz alırlar. Formal olaraq onlar (Ermənistan - İF) bu silahları kreditə götürüblər, lakin bu kredit hələ də ödənilməyib”, - dövlət başçısı vurğulayıb. **
E.Şəfiyev