Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsində fəal rol oynaya bilər.
“Aİ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında fəal rol oynaya bilər. Biz bunu dəstəkləyirik və artıq fəaliyyətin nətcəsini görürük. (...) Brüssel mənim üçün əsas səfərlər yeri oldu”, - Əliyev cümə günü “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, Aİ Bakı üçün çox vacib tərəfdaşdır, çünki tərəflər arasında böyük əməkdaşlıq gündəliyi var: ticarət, enerji, nəqliyyat, həmçinin humanitar məsələlər.
Əliyev qeyd edib ki, Aİ ilə strateji tərəfdaşlıq haqqında yeni sazişin hazırlanması son mərhələdədir və “sənəd bu yaxınlarda imzalana bilər”.
Prezident vurğulayıb ki, Azərbaycan Aİ-dən, Brüsselin Ermənistana edəcəyi yardıma bərabər həcm və şərtlərlə maliyyə yardımı əldə etməyi ümid edir. “Bu qərar hər iki ölkə barəsində ədalətli olacaq”, - Əliyev əlavə edib. **
X.Nəsirzadə