2022-ci ilin mart ayının sonuna Azərbaycanın strateji valyuta ehtiyatları $53 milyard həcmində qiymətləndirilir. Bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Əli Əhmədov bəyan edib.
Cümə günü Əhmədov mətbuat konfransında qeyd edib ki, AMB-nin ehtiyatları təxminən $7,1 milyard təşkil edir.
Həmçinin, AMB-nin sədri Taleh Kazımov mətbuat konfransında bildirib ki, qeyri-stabil geosiyasi vəziyyətə baxmayaraq, neftin qiymətinin artımı 2022-ci il ərzində Azərbaycanın strateji valyuta ehtiyatlarının artacağını gözləməyə imkan verir. “Dünyada iqtisadi mühitdə formalaşan geosiyasi vəziyyətin qeyri-müəyyənliyinin yüksək qalmasına baxmayaraq, tədiyə balansı profisit ilə proqnozlaşdırılır. Azərbaycanın əsas ixrac məhsullarına qiymətlər yüksək qalmaqda davam edir. Bu, ölkənin strateji valyuta ehtiyatlarının artımı, həmçinin ölkədə valyuta balansının qorunması üçün şərait yaradır”, - Kazımov vurğulayıb. **
X.Nəsirzadə