Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (ƏTPM) Xocavənd rayonunda iri yaşayış məntəqələrinin bərpa və yenidənqurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanmasına 4 milyon 366 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, ƏTPM Xocavənd rayonunun Hadrut qəsəbəsinin və ətraf kəndlərin bərpa və yenidənqurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinə “REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirketinin Azərbaycandakı Filialını cəlb edib. Müqavilənin dəyəri – 2 milyon 242 min manatdır.
Bundan başqa, şirkətlə Xocavənd rayonunun Tuğ kəndinin və ətraf kəndlərin bərpa və yenidənqurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinə dair müqavilə bağlanıb.
Müqavilənin dəyəri – 2 milyon 124 min manatdır. **
B.Rüstəmbəyov