Ermənistanın 2020-ci ilin payızında Rusiyanın Qarabağ müharibəsinə müdaxilə edəcəyi ilə bağlı müəyyən gözləntiləri var idi, lakin bu baş vermədi. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Biz öz ərazimində döyüşmüşük (2020-ci ilin payızında - İF), Ermənistan isə KTMT-nin fəaliyyəti ilə manipulyasiya etməyə çalışırdı. Lakin KTMT iştirakçı ölkələrin ərazilərini müdafiə edir, biz isə öz ərazimizi müdafiə etmişik”, - Əliyev cümə günü keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşdə bildirib.
Prezident əlavə edib: “Etni zamanda, bizə məlumdur və biz bu barədə açıq demişik ki, müharibənin davam etdiyi 44 gün ərzində Rusiyadan, Rostovdan, Mozdokdan Ermənistana yük təyyarələri uçuşlar yerinə yetiriblər, biz bu marşrutları izləmişik. Biz gürcü dostlarımızdan xahiş etdik ki, hava məkanını bağlasınlar, onlar bunu etdilər. Biz, həmçinin Ermənistana silah daşınan quru yolları bağlamağı xahiş etdik, onlar bunu da etdilər. Biz buna görə onlara minnətdarıq”.
Həmçinin, prezident məlumat verib ki, 2020-ci ilin payızında Azərbaycan Xəzəryanı dövlətlərə - Qazaxıstan, İran və Türkmənistana məktublar ünvanlayıb ki , Rusiyadan yük təyyarələrini Ermənistana buraxmasın. “Lakin, əfsuslar olsun ki, bu ölkələrin hava məkanından istifadə olunub və silahlar Ermınistana daxil olub”, - Əliyev əlavə edib.
“Bu baş verib və biz 44 günlük müharibənin bu tərəfini gizlətməməliyik. Lakin Ermənistanın gözləntiləri daha artıq idi. Onlar düşünürdülər ki, Rusiya ordusu gəlməlidir, döyüşməlidir və separatizmi müdafiə etməlidir. Ancaq bu baş vermədi. Əlbəttə ki, bu Ermənistanda məyusluq yaratdı, çünki uzun illər ərzində onlarda əminlik yaranmışdı, sanki hamı onlara borcludur, onlar tərəfdə döyüşəcək və ya onlara pul verəcək”, - Azərbaycan prezidenti bildirib. **
B.Rüstəmbəyov