Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Kəlbəcər və Laçın rayonlarında yaşayış məntəqələrinin bərpası planının hazırlanması üçün “Bureau Mühit” MMC və “BİMD” QSC-ni cəlb edib.
Bu məqsədlə Mərkəz 1 milyon 243,042 min manat ümumi məbləğdə 4 müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, “Bureau Mühit” MMC ilə imzalanan iki müqavilə Kəlbəcər rayonunun Zar kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması və Laçın rayonunun Şəlvə kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanmasına yönəlib. İmzalanmış müqavilələrin dəyəri müvafiq olaraq 365,8 min manat və 297,242 min manatdır.
“BİMD” QSC ilə imzalanmış iki müqavilənin pdmetləri Kəlbəcər rayonunun Zallar kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması və Yanşaq kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanmasıdır. İmzalanmış müqavilələrin dəyəri müvafiq olaraq 310 min manat və 270 min manat təşkil edir. **
X.Nəsirzadə