Cümə günü Azərbaycanın Vadutsdakı yeni səfiri Fuad İsgəndərov etimadnaməsini Lixtenşteyn vəliəhd şahzadəsi Aloisə təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” Lixtenşteyn mətbuatına istinadən məlumat verir.
Prezident İlham Əliyev 2021-ci il iyul ayının 26-da Fuad Eldar oğlu İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycanın İsveçrədəki səfiri eyni zamanda Lixtenşteyn Knyazlığı və Vatikanda səfirdir. **