Cümə günü Laçın rayonunda minaya düşən fəhlə vəfat edib. Bu barədə şənbə günü Azərbaycan mətbuatı məlumat verir.
Dünən Baş Prokurorluğun mətbuat xidmətindənverilən məlumata görə, 1992-ci il təvəllüdlü Pərvin Salahov Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Bildirilir ki, Salahov həmin ərazidə təmir tikinti-bərpa işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışıb. **
R.Əhmədov