"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu xətt ilə Hövsan limanına ilk dəfə yük çatdırıb. Bu barədə şənbə günü ASCO-dan məlumat verilib.
Bildirilir ki, yükün daşınması ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus "Maestro Niyazi" quru yük gəmisi ilə həyata keçirilib.
“Qazaxıstanın Aktau limanından gələn gəmidə 140 ədəd 20 futluq TEU konteyner olub”, - ASCO-nun saytında məlumat verilir. **
R.Kərimov