“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarəsi texniki səbəblərdən uçuş hava limanına geri dönüb. Bu barədə şənbə günü AZAL-dan məlumat verilib.
“Azərbaycan Hava Yolları”nın J2253 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib”, - aviaşirkətin Facebook səhifəsində bildirilir.
Əlavə edilib ki, təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurlu eniş edib. **
R.Kərimov