Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayını iki dəfə artırdı. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı”, - dövlət başçısının saytında prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində çıxışından sitat gətirilir.
O qeyd edib ki, indi seçim daha sərtdir və maraq daha böyükdür, “müraciətlər kifayət qədər çoxdur”. Əliyev izah edib ki, mənəvi-psixoloji keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq və “ən önəmlisi Vətən sevgisi bu seçimin əsas şərtləridir”.
Dövlət başçısı qeyd edib ki, hazırda digər silahlı birləşmələrində islahatlar aparılır.
“Azərbaycan Ordusu daha da güclənir”, - Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Ordusu müharibə dövründəki ordumuzdan daha da güclüdür, daha da qüvvətlidir. **
R.Kərimov