Azərbaycanda koronavirus infeksiyasına 4 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 562-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 13 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl iki gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 9 min 709 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 761 nəfər (sutka ərzində +17) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 92 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 104 (ötən gün 2 min 731 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 814 min 486 test aparılıb.**
R.Kərimov