2022-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-in artımı 4%, 2023-cü ildə - 3,7% təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun analitikləri belə hesab edirlər.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, BVF-nin qiymətləndirmələrinə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 2,8%, 2023-cü ildə - 2,6% təşkil edəcək.
Eyni zamanda, cari ildə BVF Azərbaycanda ÜDM-in nominal həcmini $73,4 milyard (2021-ci ildə - $54,6 milyard), gələn il - $72,9 milyard səviyyəsində prqnozlaşdırır.
Fondun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc olunmuş aprel icmalındakı proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanda qeyri-neft sektorunun artımı 0,7%, 2023-cü ildə - 0,5% təşkil edəcək.
BVF-nin qiymətləndirmələrinə görə, cari il Azərbaycanda orta illik inflyasiya 12,3%, (2021-ci ildə - 6,7%) təşkil edəcək, gələn il – 8,7%-dək azalacaq.
Fondun proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycandan mallar və xidmətlərin nominal ixracı $47,6 milyard (2021-ci ildə - $23,7 milyard), 2023-cü ildə - $37,9 milyard, 2022-2023-cü illərdə Azərbaycana idxal müvafiq olaraq $16,4 milyard və $14,2 milyard təşkil edəcək.
2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 37,2%-i səviyyəsində (2021-ci ildə - ÜDM-in 15,2%-i), 2023-cü ildə - ÜDM-in 28,5%-i səviyyəsində proqnozlaşdırılır.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in 3,9% səviyyəsində artımını proqnozlaşdırır. Həmçinin, qeyri-neft ÜDM-in artımı 4,9% səviyyəsində proqnozlaşdırılır.
2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6%, həmçinin qeyri-neft sektorunda artım 7,2%, neft sektorunda – 1,8% təşkil edib. **
A.Əzizov