Müdafiə Nazirliyi məlumat verir ki, şənbə günü axşam saatlarında sərhəddə Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
“Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub”, - bazar günü MN-nin saytında deyilir.
Nazirlikdən bildirilir ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb, «şəxsi heyət və texnikamızda itki yoxdur”.
“Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, - nazilrikdən qeyd ediblər. **
R.Kərimov