Beynəlxalq Valyuta Fondu (BVF) 2024-cü ilə qədər Azərbaycan Mərkəzi Bankın (AMB) valyuta ehtiyatlarının $7,5 milyardadək artımını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə aprel ayı üçün regional icmalında qeyd olunub ki, 2022-ci ilin sonuna AMB-nin ehtiyatları 2021-ci ilin sonuna $7,1 milyarda qarşı $7,3 milyard təşkil edəcək.
Fondun qiymətləndirmələrinə əsasən, 2023-cü il ərzində AMB-nin ehtiyatları $7,5 milyardadək artacaq.
İcmala əsasən, 2022-ci ilin yekunları üzrə AMB-nin ehtiyatları 6,1 ay ərzində idxal xərclərini ödəmək üçün kifayət olacaq. 2023-cü ildə isə 6,9 ay ərzində idxal xərclərini ödəmək üçün kifayət olacaq (2021-ci ilin yekunları üzrə - 5,2 ay ərzində).
31 mart 2022-ci il tarixində AMB-nin valyuta ehtiyatları $7 milyard 136,5 milyon təşkil edir. **
A.Əzizov