Azərebaycanın xarici işlər naziri Ceyhun Bayramov və Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması prosesi və bu istiqamətdə atılan addımları müzakirə edilblər.
Azərbaycan XİN-in məlumatına görə, həmçinin Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda tərəflər regiondakı cari vəziyyət və beynəlxalq gündəlikdə duran digər məsələlər barədə fikir mübadiləsi aparıblar. **
B.Rüstəmbəyov