Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 4-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 4-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7878 manat/1EUR səviyyəsində (aprelin 29-na 1,7887 manat/1EUR) müəyyən edilib.
AMB mayın 4-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0248 manat/1RUB səviyyəsində (aprelin 29-na 0,0234 manat/1RUB) müəyyən edib.*
B.Rüstəmbəyov