Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (ƏTPM) Ağdam rayonunda iri yaşayış məntəqələrinin bərpasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinə 1 milyon 85 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyiwww.tender.gov.azsaytına istinadən xəbər verir ki, ƏTPM Ağdam rayonunun Xıdırlı kəndinin bərpası və yenidən qurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanmasına “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunu cəlb edib. Müqavilənin dəyəri 470 min manatdır.
Bundan başqa, “Azərmemarlayihə” ilə Kəngərli kəndinin bərpası və yenidən qurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanması haqqında 325 min manat məbləğində müqavilə bağlanıb.
Eyni zamanda, ƏTPM “Azərmemarlayihə” ilə Sarıcalı kəndinin bərpası və yenidən qurulması üzrə şəhərsalma əsaslandırılmasının hazırlanması haqqında 290 min manat məbləğində müqavilə bağlayıb.*
E.Şəfiyev