2020-ci il noyabrın 10-dan Qarabağda və Şərqi Zəngəzurda 9,5 min hektardan artıq ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
“2020-ci il noyabrın 10-dan 2022-ci il aprelin 30-dək ümumilikdə 9 min 568,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu dövr ərzində 11009 ədəd piyada əleyhinə, 5444 ədəd tank əleyhinə mina və 15020 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”, - deyə məlumatda bildirilir.
2022-ci il aprelin 1-dən 30-na qədər Qarabağda və Şərqi Zəngəzurda 1,7 min hektardan artıq ərazi mina və PHS-lərdən təmizlənib.*
X.Nəsirzadə