SOCAR-ın “Azneft” İstehsalat Birliyi 2022-ci ilin yanvar-mart aylarında 1.6 milyon tondan çox neft hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% çoxdur. Bu barədə İB-nin baş direktoru Şahmar Hüseynov məlumat verib.
““Azneft” İB üzrə 2022-ci ilin yanvar-mart aylarında 1.6 milyon tondan çox neft hasil edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 0,8%-dir”, - deyə o, Facebook səhifəsində yazıb.
Baş direktor qeyd edib ki, cari ilin 3 ayında, həmçinin 1.6 milyard kubmetrə yaxın qaz hasil edilib ki, bu da plan göstəricisini 1,5% üstələyir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 1,2%-dir.*
N.Abbasova