Energetika naziri Pərviz Şahbazov Bolqarıstana səfər edəcək. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Nazir mayın 5-də “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji Təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda təşkil olunacaq dəyirmi masada iştirak edəcək.
Dəyirmi masada Bolqarıstan, Serbiya, Yunanıstan, Türkiyə, Şimali Makedoniya, Rumıniya və Ukraynanın energetika nazirləri də iştirak edəcək.*
B.Rüstəmbəyov