Avropa İttifaqında (Aİ) Azərbaycanla strateji tərəfdaşlığa dair sazişin tezliklə imzalanacağına ümid edir, tərəflər arasında danışıqlarda irəliləyişin olduğunu qeyd edirlər. Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
“Azərbaycanla Aİ arasında hərtərəfli sazişin imzalanması istiqamətində işlər son aylarda sürətlənib və yaxın həftələrdə eyni qaydada davam edəcək. Ümid edirik ki, danışıqlar yaxın gələcəkdə başa çatacaq”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Diplomat qeyd edib ki, yeni saziş ötən əsrin 90-cı illəri üzrə köhnə sazişi əvəz etməklə Azərbaycan-Aİ əməkdaşlığının bütün sahələrini əhatə edəcək.
Daha əvvəl xarici işlər naziri Ceyhun Bayramov bildirmişdi ki, Bakı və Brüssel arasında strateji tərəfdaşlıq haqqında saziş 2022-ci ildə imzalana bilər.
Məlumata görə, yeni saziş layihəsinin mətninin 90%-dən çox hissəsi razılaşdırılıb. Sənəd 4 bölmədən ibarətdir. Hazırda iqtisadi-ticarət hissəsi üzrə bəzi məsələlər açıq qalır.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib. Yeni saziş Tərəfdaşlıq və əməkdaşlıq haqqında 1996-cı il tarixli sazişi əvəz edəcək.
Azərbaycanla yeni saziş üzrə danışıqlar 2017-ci il fevralın 7-də başlayıb.*
E.Şəfiyev