2022-ci il aprelin 29-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $7 milyard 85,8 milyon təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
2021-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $7 milyard 75,4 milyon təşkil edib. Beləliklə, 2022-ci ilin yanvar-aprel aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 0,1% artıb.
Apreldə AMB-nin valyuta ehtiyatları 0,7% və ya $50,7 milyonadək azalıb.
2021-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,1% artıb.*
X.Nəsirzadə