Azərbaycanda koronavirus infeksiyasına son sutkada 3 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 588-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 6 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl altı gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 709 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 818 nəfər (sutka ərzində +14) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 61 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 351 (ötən gün 1 min 667 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 823 min 23 test aparılıb.*
R.Kərimov