28 iyun tarixində "Günay Bank" ASCsəhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilir.
“Ümumi yığıncağın gündəliyində duran əsas məsələ "Günay Bank"ın kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2021-ci ilin maliyyə hesabatının təsdiq edilməsidir”, - bankdan qeyd ediblər.
Bundan başqa, səhmdarlar bankın cari fəaliyyəti ilə əlaqədar digər məsələləri də müzakirə edəcəklər.
“Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 7 fiziki şəxsdir.**
X.Nəsirzadə