2021-ci ildə Azərbaycan Mərkəzi Bankı valyuta bazarında $245 milyon məbləğində xarici valyuta alıb.
2020-ci ildə AMB tərəfindən valyuta bazarında bu cür əməliyyatlar həyata keçirilməyib.
“2021-ci ildə AMB-nin valyuta bazarında intervensiyaları məhdud xarakter daşıyıb və xarici valyuta alışına yönəlib. Ümumilikdə, ötən il AMB $245 milyon dəyərindən xarici valyuta alıb”, - AMB-nin 2021-ci il ərzində illik hesabatında qeyd olunur.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, 2021-ci ildə AMB tərəfindən 99 valyuta hərracı təşkil olunub. “Hərraclarda dinamika müxtəlif olub və bir çox hallarda xarici konyukturadan asılı idi. Bütövlükdə, 2021-ci ildə hərracların 70%-də təklif tələbi üstələyib”, - AMB-dən vurğulanır.
2021-ci ildə kommersiya bankları dolları 1.6993 manat/$1 məzənnə ilə alıblar, 1.7024 mаnаt/$1 məzənnə ilə satıblar.
Bankın məlumatına görə, 2021-ci ildə nağdsız valyuta bazarının həcmi 2020-ci illə müqayisədə 7,4% artaraq $27,8 milyard məbləğinə ekvivalent olub. 2021-ci ildə xarici valyutanın alqı-satqısı üzrə nağd əməliyyatların həcmi 21,5% - $4 milyardadək azalıb.
“Nağdsız valyuta bazarının 86,4%-i, nağd əməliyyatların 85%-i isə ABŞ dolları ilə əməliyyatların payına düşüb”, - AMB-dən vurğulanıb. **
R.Əhmədov