Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ildə valyuta ehtiyatlarının idarə edilməsindən gəlirləri $7,2 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsindən gəlirləri $93,65 milyon təşkil edib. Beləliklə, AMB 2021-ci ildə ehtiyatların idarə olunmasından gəlirlərini 13 dəfə azaldıb.
"2021-ci il ərzində AMB-nin valyuta ehtiyatları $1705,6 milyon və ya 11,1% - $7,1 milyarda qədər artıb. Bununla yanaşı, ötən il valyuta ehtiyatlarının idarə edilməsindən gəlirlər $7,2 milyon təşkil edib", - bankdan qeyd olunur.
Bankın məlumatına görə, hesabat ilinin sonuna AMB-nin valyuta ehtiyatlarının 82%-i ABŞ dollarında (2020-ci ilin yekunları üzrə 90%), 7%-i avroda (2020-ci ildə - 5%), 1%-i funt-sterlinqdə (2020-ci ildə - 2%), 10%-i xüsusi borcalma hüquqlarında (Special Drawing Rights - SDR, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən buraxılan və xüsusi hesablarda qeydlər aparmaqla nağdsız beynəlxalq hesablaşmalarda və BVF-in hesab vahidi qismində istifadə edilən beynəlxalq ödəmə və ehtiyat vasitəsi) yerləşdirilib.**
X.Nəsirzadə