Azərbaycan Mərkəzi Bankının yeni sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri ilə görüş keçirib.
Görüşdə milli iqtisadiyyatın inkişafında bank sisteminin rolunun artırılması ilə bağlı fikir mübadiləsi, əhalinin və biznesin maliyyə xidmətlərinə çıxış perspektivləri, ölkədə nağdsız ödənişlərin genişlənməsi və digər aktual məsələlər müzakirə edilib”, - AMB-dəın məlumat verilir.
Görüş zamanı Kazımov bildirdi ki, növbəti dövrdə ölkədə maliyyə əlçatanlığının artırılması, müasir bankçılıq üzrə qlobal çağırışlara uyğunlaşma, milli iqtisadiyyatın inkişafına davamlı dəstək üzrə yeni hədəflərə nail olma və digər istiqamətlərdə aktiv işlər davam etdiriləcək.
“Kommersiya banklarının rəhbərləri çıxış edərək ölkədəki dayanıqlı inkişaf trendləri, maliyyə inklüzivliyinin artırılması, iqtisadi genişlənmə, bankçılıqda müasir tələblərə uyğun inkişaf perspektivləri barədə fikirlərini bildirdilər», - AMB-dən vurğulanır.
T.Kazımov 2022-ci ilin aprel ayında AMB-nin sədri təyin olunub. **
R.Əhmədov