Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cümə Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Taro Honda ilə danışıqlar aparıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
Bayramov Azərbaycanın Yaponiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd etdi”, - XİN-in məlumatında qeyd olunur.
Öz növbəsində, Honda enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan Azərbaycanın regionda Yaponiyanın mühüm tərəfdaşı olduğunu ifadə etdi.
“Tərəflər, həmçinin Azərbaycan ilə Yaponiya arasında energetika, alternativ enerji, iqtisadiyyat, humanitar, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi apardılar”, - məlumatda deyilir.
Görüş zamanı Bayramov Yaponiya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun quruculuq prosesində iştirakına görə Tokioya minnətdarlığını bildirib.
“Tərəflər arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regionalməsələlər, o cümlədən Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıldı”, - XİN-dən vurğulanır. **
E.Şəfiyev