Azərbaycan Mərkəzi Bankı 2021-ci ildə plastik kartlar vasitəsilə əməliyyatların həcmində artım qeyd edir.
“2021-ci ildə ölkə daxilində ödəniş kartları ilə əməliyyatların ümumi həcmi 2020-ci illə müqayisədə 28,2% artaraq 36,1 milyard manata çatıb”, - AMB-nin 2021-ci il ərzində hesabatında qeyd olunur.
Məlumata görə, 2022-ci il yanvarın 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı 11,5 milyon ədəd, bankomatların sayı – 2970, POS-terminalların sayı – 61179 ədəd təşkil edib.
“Ölkə daxilində ödəniş klartları ilə nağdsız əməliyyatların həcmi 79,6% artaraq 11,5 milyard manat təşkil edib”, - AMB-dən qeyd edilib.
Ölkədə elektron kommersiya tranzaksiyaların sayı 2020-ci illə müqayisədə 57,5% -110 milyon ədədə qədər, həcmi 81% - 7,5 milyard manatadək artıb.
Hesabat ili ərzində dövriyyədə olan təmassız kartların sayı iki dəfə - 7,5 milyon ədədə qədər, təmassız ödənişlər qəbul edən POS-terminalların sayı isə 28,5% - 44 min ədədə qədər artıb. Təmassız ödənişlərin sayı və həcmi 2020-ci ilin göstəricisindən müvafiq olaraq 3,8 və 5,2 dəfə çoxdur.
2021-ci ildə elektron bankinq vasitəsilə cari hesablardan həyata keçirilən köçürmələrin sayı 58,2 milyon ədəd, həcmi – 162,9 milyard manat təşkil edib. 2020-ci illə müqayisədə köçürmələrin sayı 37%, həcmi – 70% artıb. **
X.Nəsirzadə