Azərbaycan prezidenti İlham Əliyev Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Dövlət başçısının sərəncamına əsasən, bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25 milyon manat ayrılır.
Vəsait Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılır.
Əliyevin müvafiq sərəncamı cümə axşamı dövlət başçısının saytında dərc olunub. **
E.Şəfiyev