2022-ci ilin iyun ayında OPEC+ çərçivəsində Azərbaycanda neft hasilatı üzrə kvota 7 min barel - 695 min barelə qədər artırılacaq. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib. İyun ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 7 min barel artırılaraq 695 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 23 min barel həcmində olması nəzərdə tutulur”, - məlumatda bildirilir. **
N.Abbasova