2021-ci ildə “Azərişıq” ASC-nin xalis mənfəəti 12,666 milyon manat təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 4,4 dəfə çoxdur.
Cəmiyyətin saytında dərc olunan 2021-ci il ərzində maliyyə hesabatına əsasən, “Azərişıq”ın gəlirləri 1 milyard 325,006 milyon manat (artım 9% - İF), satışların maya dəyəri 1 milyard 162,279 milyon manat (2020-ci ilin göstəricisi ilə müqayisədə artım 9,7%) təşkil edib.
2021-ci ildə “Azərişıq”ın əməliyyat fəaliyyətindən gəlirləri 29,249 milyon manat (artım 27,5%), vergi ödənilənədək mənfəəti 18,845 milyon manat (artım 2,1 dəfə) təşkil edib.
Ötən il cəmiyyətin mənfəət vergisi üzrə ödənişləri 6,179 milyon manat (artım 3,8%) məbləğində olub.
2021-ci ildə “Azərişıq” ASC-nin aktivləri 2020-ci illə müqayisədə 9,2% - 2 milyard 654,168 milyon manatadək artıb. Cəmiyyətin uzunmüddətli aktivləri 2 milyard 381,7 milyon manata (artım 5,4%), qısamüddətli aktivləri 272,468 milyon manata (artım 59,8%) bərabərdir.
Hesabata əsasən, cəmiyyətin öhdəlikləri 698,655 milyon manat (azalma 9,1%) məbləğindədir.
“Azərişıq” ASC-nin kapitalı 1 milyard 955,512 milyon manata (artım 17,7%) bərabərdir. 2021-ci ilin sonuna cəmiyyətin nizamnamə kapitalı 1 milyard 678,705 milyon manat (dəyişməyib), yığılmış zərər 369,594 milyon manat (azalma 3,3%) təşkil edib.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova