Azərbaycan su qıtlığından əziyyət çəkən ölkədir və buna görə sudan səmərəli istifadə mühüm elementdir. Bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bəyan edib.
“Azərbaycan su qıtlığından əziyyət çəkən ölkələrdəndir, su ehtiyatlarının səmərəli istifadəsi mühüm vəzifələrdən biridir. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə birgə fəaliyyət planı hazırlamışıq”, - Babayev cümə günü Bakıda “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransda bildirib.
Nazir bəyan edib ki, iqlim dəyişikliyi, o cümlədən su itkisinə yol verilməsi, torpağın deqradasiyası və erroziyasına gətirib.
“Ona görə də suyun səmərəli istifadə edilməsi texnologiyası və kənd təsərrüfat torpaqlarının düzgün istifadə edilməsi çox vacibdir. Sektorun müqavimətini təmin etmək məqsədilə erkən xəbərdarlıq sistemi yaratmışıq. Bu sistemlər həmçinin xüsusi təhlükəli metereoloji hadisələrin qarşısını almağa xidmət edir. Gələcəkdə suya tələbatın təmin edilməsi üçün rəqəmsal kənd təsərrüfatı həlledici önəm kəsb edir”, - nazir deyib.
Həmçinin, o qeyd edib ki, kənd təsərrüfatının inkişafı üçün azad edilmiş ərazilərdən istifadə ərzaq təhlükəsizliyinin təminatına birbaşa təsir göstərəcək.
"Azərbaycan ərazilərinin 30 il Ermənistanın işğalı altında olması bütövlükdə bu regionun ekosisteminə, meşələrə, biomüxtəliflik, su ehtiyatlarına mənfi təsir edib. Azərbaycan regionda meşə bərpasını həyata keçirməyi nəzərdə tutur. Bu işlər həmçinin iqlim dəyişikliyi və torpaq deqradasiyasının qarşısını almağa yönəlib", - Babayev vurğulayıb. **
B.Rüstəmbəyov