Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binasının tikintisi üçün podratçı seçir.
Seçim açıq tender üsulu ilə keçiriılir, tenderdə iştirak haqqı – 2,5 min manatdır.
İddiaçının minimum 10 il təcrübəsi olan 5 təcrübəli mühəndisi olmalıdır.
Tender təklifləri 20 iyun saat 18:00-dək qəbul olunur. Tender təkliflərinin açılması 21 iyun saat 17:00-da baş tutacaq.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, tender predmetinin dəyəri 3 milyon dolları ötür. **
E.Şəfiyev