Azərbaycanda koronavirus infeksiyasına 8 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 607-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 11 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 8 gündür ki, COVİD-9-dan ölüm faktı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 709 nəfərə çatıb.
Virusa yoluxmuş 782,846 min nəfər (sutka ərzində +7) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 52 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2556 (ötən gün 3903 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 829 min 482 test aparılıb.**
X.Nəsirzadə