2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $965,5 milyon təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 38,5% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Hesabat dövründə ixracın ümumi həcmi $11,8 milyard təşkil edib.
2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsullarının ixracı 23,6% artaraq $162,6 milyon təşkil edib.
Kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3%, pambıq iplik ixracı isə 19,8% artıb.
Apreldə qeyri-neft sektoru üzrə ixrac $238,3 milyon olub (2021-ci ilin aprelindən +22%).
2022-ci ilin aprel ayı ərzində ərzaq malları üzrə ixrac $51,4 milyon (+6,2%), qeyri-ərzaq məhsulları üzrə - $186,9 milyon (+27,2%) təşkil edib.
2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyard təşkil edəcək.**
R.Əhmədov