"Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barədə cümə günü AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.
Aviaşirkətdən əlavə ediblər ki, təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
“Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər”, - aviaşirkətdən dəqiqləşdirilib. **