İndiyədək Dövlət Vergi Xidməti (DVX) tərəfindən ölkə ərazisində 58,095 min ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb. Bu barədə DVX-nin məlumatında deyilir.
“2022-ci ilin yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,9% çoxdur”, - deyə məlumatda qeyd olunur.
Nəzarət-kassa aparatlarının tətbiqi qrafiki Nazirlər Kabineti tərəfindən təsdiq edilib və proses 4 mərhələdən ibarətdir.
Yeni nəsil NKA-lar 2022-ci ilin sonunadək bütün ölkə ərazisində tətbiq olunacaq.*
R.Kərimov