Azərbaycanda koronavirus infeksiyasına son sutkada 11 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 618-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 8 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl doqquz gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 709 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 849 nəfər (sutka ərzində +3) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 60 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 841 (ötən gün 2 min 556 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 832 min 323 test aparılıb.*
R.Kərimov