Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) üzvləri arasında keçirilən görüşdə bildirilib.
Assosiasiyanın məlumatında deyilir ki, hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır.
Azərbaycanın quş əti istehsalçıları son aylarda daxili bazarda yumurta satışı ilə bağlı çətinliklərlə üzləşirlər. Hazırda anbarlarda daxili tələbatdan artıq qalan 43 milyon ədəd süfrə yumurtası var. İstehsalçılar yumurtaları ixrac etməyə (o cümlədən Rusiyaya) hazırdırlar.*
R.Əhmədov