Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Türkiyə lideri “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək üçün 26-29 may tarixlərində Bakıya səfər edəcək.
Ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Türkiye Teknoloji Takımı Vakfının birgə təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Azərbaycan ilk dəfə festivalda 2021-ci ildə iştirak edib.
Bu il TEKNOFEST ilk dəfə Türkiyə hüdudlarından kənarda keçirilir. Bakıda “TEKNOFEST Azərbaycan”ın təşkilatçıları Teknoloji Takımı Vakfı, Sənaye və Texnologiya Nazirliyi və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.*
R.Kərimov