Rusiya prezidenti Vladimir Putin Faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan liderlərini və vətəndaşlarını, eləcə də Gürcüstan və Ukrayna xalqlarını təbrik edib.
“Rusiya prezidenti təbrikində xüsusi olaraq qeyd edib ki, bu gün biz saysız-hesabsız qurbanlar və məşəqqətlər bahasına nasizmi darmadağın etmiş döyüşçülərə hörmət və ehtiramlarımızı bildiririk”, - deyə Kremlin yaydığı məlumatda qeyd olunur.
“Bu gün ümumi vəzifə müxtəlif ölkələrdən olan insanlara bu qədər iztirab gətirən nasizmin dirçəlişinin qarşısını almaqdır. Müharibə illərində baş verən hadisələrlə bağlı həqiqətləri, ümumi mənəvi dəyərləri və qardaşlıq dostluğu ənənələrini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq lazımdır”, - deyə təbrikdə bildirilir.*