Rusiyanın Həştərxan vilayəti öz mallarının (balıq və un məhsullarının) Azərbaycana ixracında maraqlı olduğunu bildirir. Rusiya KİV-nin məlumatına görə, bunu vilayətin qubernatoru İqor Babuşkin deyib.
“Biz Həştərxan mallarının, o cümlədən balıq və un məhsullarının Azərbaycan bazarına çıxarılmasında maraqlıyıq”, - deyə qubernator bildirib.
İ.Babuşkin Həştərxanın gəmiqayırma şirkətləri tərəfindən Azərbaycan üçün sifarişlərin yerinə yetirilməsi perspektivlərini qeyd edib. Onun sözlərinə görə, kiçik həcmli quru yük gəmilərinin, kimyəvi yük gəmilərinin, bərə və tankerlərin inşası üzrə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Qubernator əlavə edib ki, birgə işin detallarını müzakirə etmək üçün Azərbaycan nümayəndə heyətinin yaxın vaxtlarda Həştərxana səfəri gözlənilir.
İ.Babuşkin, həmçinin Azərbaycanla hava əlaqəsini inkişaf etdirməyə hazır olduğunu bildirib.*
R.Əhmədov