2021-ci ildə fəaliyyətinin yekunları üzrə Azərbaycan Auditorlar Palatasının xalis mənfəəti 145,958 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Palatadan məlumat verilir.
2020-ci ilin yekunları üzrə Palatanın xalis mənfəəti 181,155 min manat təşkil edib. Beləliklə, 2021-ci ildə Palata xalis mənfəətini 19,4% azaldıb.
Ötən ilin yekunları üzrə Palatanın gəlirləri 1 milyon 261,375 min manat (artım 21%), xərcləri – 1 milyon 115,901 min manat (artım 29,5%) təşkil edib.
Bu dövrdə Palatanın gəlirləri üzvlük haqqları – 1 milyon 46,448 min manat, peşəkar təkmilləşdirmə və imtahanlar – 30,31 min manat, qrantlar və ianələr – 35,8 min manat, şübhəli borlar üzrə ehtiyatların azalması – 148,817 min manat və məzənnə fərqi – 484 manat hesabına formalaşıb.
2021-ci ildə Palatanın xərclərinin əsas maddəsini əmək haqqları və əməkdaşlara mükafatlar – 571,902 min manat, informasiya və reklam xərcləri – 93,614 min manat, informasiya texnologiyalarının dəstəyi və ofis xərcləri – 86,672 min manat, həmçinin digər əməliyyat xərcləri – 150,504 min manat təşkil edib.
Hesabat dövrü ərzində Palatanın aktivləri 25,1% - 787,098 min manatadək artıb, bunun 620,247 min manatı qısamüddətli aktivlərin, 166,851 min manat – uzunmüddətli aktivlərin payına düşüb.
Ötən il ərzində Palatanın öhdəlikləri 23,7% - 64,086 min manatadək artıb.
2021-ci il ərzində Palatanın kapitalı 25,3% - 723,012 min manata qədər artıb.
AAP 4 aprel 1996-cı ildən etibarən fəaliyyət göstərir. **
X.Nəsirzadə